Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:47

Kürd İşçi Partiyası—PKK AKP rəsmisini onların öldürdüyünü bildirir.

Türkiyənin hakim AK partiyasının Diyarbəkir şöbəsinin müdiri Deryan Aktert oktyabrın 10-da qətlə yetirilib. Ondan bir gün əvvəl isə Vanda AKP təmsilçisi Aydın Muştu öldürülüb. PKK-nın oktyabrın 11-də yaydığı bəyanatda kürd qiyamçıları hər iki hadisəni onların törətdiyini bildiriblər.

Türkiyə və Qərbin terror təşkilatı kimi tanıdığı PKK 1984-cü ildən başlayaraq Türkiyə hökumətinə qarşı qanlı mübarizə aparır. 2015-ci ildən- təşkilatla hökumət arasında barışıq pozulandan bəri baş verən toqquşmalar və partlayışlarda yüzlərlə adam həlak olub.

XS
SM
MD
LG