Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:42

Hitler özü haqda tərifli kitab yazıb, başqasının imzasıyla çap etdiribmiş


Hitlerin yazdığı kitablar Serbiyadakı kitab sərgisində.
Hitlerin yazdığı kitablar Serbiyadakı kitab sərgisində.

-

"Mein Kampf" (Mənim mübarizəm -red) Hitlerin ilk avtobioqrafiyası sayılsa da tarixçilər onun bundan öncə özünü "Almanların xilaskarı" adlandırdığı və portretini yaratdığı başqa bir kitabının da ola biləcəyini deyirlər.

Belə ki, 1923-cü ildə yazılmış "Adolf Hitler: Onun həyatı və nitqləri" adlı kitab gələcək diktatorun dəsti-xəttini çox xatırladır. Kitabın müəllifi kimi müharibə qəhrəmanı və yazarı Victor von Koerber göstərib.

Ancaq tarixçi Thomas Weber düşünür ki, bu kitabın müəllifi Hitlerin özünün olması ehtimalı da böyükdür. Aberden univerisitetinin professoru olan tarixçi kitabda müəllifin Hitlerin özünün olması ilə bağlı təksibolunmaz faktlar var, o bu haqda univerisitetin saytında məlumat verib.

Buna da bax: Tarixçi Hitlerin Paraqvayda öldüyünü iddia edir

Bununla da tarixçi 1925-1926-cı illərdə yazılmış "Mein Kampf"ın Hitlerin ilk avtobioqrafik kitabı olmasını şübhə altına alır.

Hitler haqda başqa bir kitabı argentilanlı tarixçi Abel Basti yazıb, o iddia edir ki, Hitler Almaniyadan Cənubi Amerikaya qaçıb və burda öz əcəli ilə ölüb.
Hitler haqda başqa bir kitabı argentilanlı tarixçi Abel Basti yazıb, o iddia edir ki, Hitler Almaniyadan Cənubi Amerikaya qaçıb və burda öz əcəli ilə ölüb.

Thomas Weber "Adolf Hitler: Onun həyatı və nitqləri" kitabının müəllifi von Koerberin Yohannesburqda saxlanılan şəxsi arxivini tədqiq edərkən belə nəticəyə gəlib ki, o Hitler haqda kitab yazmayıb, işin əsli isə belə olub, Hitler general Ludendorffdan xahiş edib ki, Nasist partiyası ilə əlaqələri olmayan, mühafizəkar bir yazar tapıb onun haqda yazılmış kitaba imzasını qoymağa razı salsın.

Professorun fikrincə Hitler bu etikadan uzaq, amma ağıllı üsuldan sırf özünüreklam məqsədiylə istifadə edib. Bununla o cəmiyyətin mühafizəkar təbəqəsində özü haqda müsbət rəy yaradaraq, gözlənilən milli inqilabda onların dəstəyini almağı hədəfləyib.

Sözü gedən kitab çap olunan zaman Hitler ölkənin vahid lideri olmaq istəyi ilə bağlı hələlik xalqın etibarını qazandığına inanmırdı və buna görə də cəmiyyətdə xeyli böyük hörməti olan aristokrat Victor von Koerberin yazdığı kitabda müəllif kimi göstərilməsinə çalışır.

"Hitlerin belə yolla özünə bioqrafiya yazıb, nitqlərini ora əlavə etməsi və özünü almanların xilaskarı kimi qələmə verməsi onun lap əvvəldən Almaniyada dövlətin başına keçmək arzusunu göstərir" - deyə tarixçi Thomas Weber əlavə edib.

Buna da bax: Nasist lideri Himmler gündəliklərində nədən yazırdı

Tarixçi tapdığı faktları toplayıb noyabr ayında ilkin olaraq holland dilində "Hitlerin dəyişməsi" adıyla çap etdirəcəyini deyib. Kitabın ingiliscəsi isə gələn il Böyük Britaniyada və ABŞ-da çap olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG