Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 03:33

'DekaBank' şikayət edib


Foto arxiv

«DekaBank» ASC-nin Müşahidə Şurası məhkəməyə müraciət edib.

APA-nın xəbərinə görə, bank Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində olan qərarın ləğvini istəyib. Şikayətə oktyabrın 7-də baxılacaq.

Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə müraciət edərək bu bankın məcburi ləğvini istəyib. Məhkəmə ərizəni təmin edib. Bank həmin qərardan şikayət verib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iyulun 21-də verdiyi qərara əsasən, «DekaBank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyaları ləğv edilib.

2016-ci ildə Azərbaycanda ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu qərarlar, əsasən, həmin bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

XS
SM
MD
LG