Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:23

İran OPEC-in neftin qiymətini qaldırmasına çalışır. Noyabr ayında neft karteli - OPEC-in toplantısı olmalıdır. Toplantıda neft istehsalçıları üçün limitlərin elan edilməsi planlanıb.

Təşkilat üzvlərindən İranla Venesuela neft hasilatının azaldılması barədə razılığa gəliblər.

İran agentlikləri prezident Hassan Rouhani-nin Venesuelanın dövlət başçısı Nicolás Maduro ilə danışdığını yazır. İran prezidenti neft hasil edən ölkələrin birgə fəaliyyət göstərərək, qiymətləri qaldırmağa nail olmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bazarı stabilləşdirməkdən ötrü kartelə daxil olmayan neft istehsalçıları, o cümlədən Rusiyayla da danışıqlar aparılmalıdır.

Keçən həftə OPEC neft hasilatının azaldılması barədə ilkin razılığa gələndən sonra dünya bazarlarında neftin qiyməti 5% qalxıb.

XS
SM
MD
LG