Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:07

10 yaşlı şagirdi müəllimin döydüyü deyilir


Foto illüstrasiya

Bakının Suraxanı rayonundakı 104 saylı orta məktəbdə 10 yaşlı şagirdin döyüldüyü bildirilir.

«Report» bu xəbəri Suraxanı Rayon Polis İdarəsinə istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, bununla bağlı uşağın valideyni polisə şikayət edib.

Polisdən bildirildiyinə görə, Tanrıverdi Nəcəfov adlı valideyn onlara şikayət edib ki, 10 yaşlı oğlunu məktəbin müəllimi döyüb.

Faktla bağlı araşdırma aparılır.

104 saylı məktəbin rəhbərliyindən isə 10 yaşlı şagirdin döyülməsi ilə bağlı məlumatı təkzib ediblər. Məktəb rəhbərliyindən «Turan» İnformasiya Agentliyinə bildiriblər ki, bu, tamamilə əsassız və həqiqətdən uzaq məlumatdır.

Bundan əvvəl də Azərbaycan məktəblərində şagirdlərin fiziki zorakılığa məruz qalması ilə bağlı şikayətlər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG