Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:10

ABŞ Rusiyanı Suriyada özünüreklama son qoymağa çağırır


John Kerry
John Kerry

Birləşmiş Ştatların dövlət katibi John Kerry Rusiyanın Suriyadakı fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Rusiya atəşkəsi normal təmin etmək əvəzinə özünüreklamla məşğuldur.

CNN telekanalına müsahibəsində John Kerry Rusiya hakimiyyətini Suriya lideri Bahar al-Assad-ə təsir etməyə çağırıb. Çünki Vaşinqton əmindir ki, Suriya hökuməti ölkəyə humanitar yardımın daxil olmasının qarşısını alır, halbuki Rusiyanın bu prosesə nəzarət etmək imkanı var. John Kerry belə deyib.

O, eyni zamanda tərəfləri bir gün əvvəl baş verən «dəhşətli hadisə»ni təkrarlamamağa çağırıb. Sentyabrın 18-də koalisiya qüvvələri səhvən Suriya hökumət qüvvələrinə raket zərbəsi endirib, 60 əsgər ölüb.

XS
SM
MD
LG