Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:11

BVF Ukraynaya 1 milyard dollar ayırdı


BVF
BVF

Beynəlxalq Valyuta Fondu sentyabrın 14-də Ukraynaya 1 milyard dollarlıq kredit ayırıb. Korrupsiya, eləcə də müharibə gedən bir ölkədə sabitlik sarıdan narahatlıq bir ildən çox idi bu krediti yubadırdı.

BVF ötən ilin martında Kiyevə 4 il ərzində 17.5 milyard dollar ayırmağa razılaşıb. Amma bir şərtlə ki, hökumət iqtisadiyyatın idarəçiliyi və korrupsiyayla mübarizədə irəliləsin. Bu günədək Ukrayna kreditin 7.62 milyard dollarını alıb. Sonuncu tranş Kiyevin istədiyindən azdır, hökumət 1.7 milyard dollara ümid edirdi. Görünür, bank hələ də islahatlardan narahatdır.

BVF bildirir ki, Kiyevin borcunu azaltmaq, beynəlxalq ehtiyatları gücləndirmək və xarici valyutadəyişməyə məhdudiyyətləri azaltmaq kimi hədəflərə çatmamasına baxmayaraq, kredit verilişi bərpa olunub.

Prezident Petro Poroshenko BFV-nin qərarını «zəfər» adlandırıb, deyib ki, bu, ABŞ-dan 1 milyard dollarlıq və Avropa Birliyindən 600 milyon avroluq kreditə yol açır. Prezident vurğulayıb ki, Rusiyanın BVF-nin qərarını əngəlləmək cəhdi alınmayıb və yeni kreditlər qrivnanı sabit saxlamağa, iqtisadiyyata yardım edəcək.

XS
SM
MD
LG