Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 12:35

Pentaqon: İŞİD-in kimyəvi silah obyekti vurulub


F-16

Pentaqon bildirir ki, ABŞ hərbi təyyarələri Mosul yaxınlığında binalar kompleksini bombalamaqla İraq vətəndaşlarına «ciddi kimyəvi təhlükə»ni aradan qaldırıblar. Həmin binalarda dərman istehsal olunurmuş, «İslam Dövləti» (İŞİD) yaraqlıları bunu kimyəvi silah istehsalına çevirib.

Pentaqon rəsmisi sentyabrın 13-də jurnalistlərə deyib ki, ölümcül kimyəvi maddələr, xlor və iprit qazı hazırlandığı güman edilən obyekt də hədəfə alınıb.

BMT-nin bu yaxınlarda açıqladığı hesabatda İŞİD-in Suriyada iprit qazından istifadə etdiyi bildirilirdi.

Sentyabrın 12-də endirilmiş hava zərbələri ilə 50-dən artıq hədəfin vurulduğu qeyd olunur. Əməliyyatda 12 təyyarə iştirak edib.

XS
SM
MD
LG