Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 17:42

Eldar Sabiroğlu: ‘...Sağ olsun İlham Əliyev’


Rüfət Səfərov və atası Eldar Sabiroğlu

«Məhkəmə Rüfət Səfərova böyük ürək genişliyi göstərib 9 il həbs cəzası verib. Prokuror ona 10 il həbs istəmişdi»

Bunu məhkəmənin qərarından sonra Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib. O qeyd edib ki, məhkəmədə günah görmür:

«Yuxarıdan verilən tapşırıq məhkəmədən ötrü qanundur. Dözümlü olmaq lazımdır. Mən mübarizəmi davam etdirəcəyəm. Apelyasiya şikayəti verəcəyəm, daha sonra Ali Məhkəməyə müraciət edəcəyik. Bu qərarın qanunsuz olduğunu sübut etməkdən ötrü bütün hüquqi vasitələrdən istifadə edəcəyik»

Buna da bax: ‘Qiyamçı müstəntiq’ə 9 il həbs cəzası verildi

«Mən inanmıram ki, prezidentin razılığı olmadan belə qərar verilsin. Sağ olsun İlham Əliyev»

Eldar Sabiroğlu deyib ki, onun oğlu prezident İlham Əliyevin göstərişi ilə ev dustaqlığına buraxılmışdı:

«Mən belə başa düşürəm ki, indi də prezident İlham Əliyevin razılığını alıb, oğluma 9 il həbs cəzası verildi. Mən inanmıram ki, prezidentin razılığı olmadan belə qərar verilsin. Sağ olsun İlham Əliyev»

Youtube Kanalımıza Abunə olun və bütün videoları ordan izləyin

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG