Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:06

Baytarlıq Xidməti nəzarəti gücləndirir


Qurbanlıq qoyunlar
Qurbanlıq qoyunlar

Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə bağlı əmr verib.

Əmrdə baytarlıq idarələrinə tapşırılır ki, qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməməsi, xüsusi ayrılmış yerlərdən kənarda satışı və kəsilməsinin qarşısı alınmalıdır.

Xidmət bildirir ki, baytarlıq nəzarəti gücləndiriləcək. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə mütəxəssislərin təhkim olunması tapşırığı verilir.

Sentyabrın 12-13-də Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsi bayram namazının sentyabrın 12-də qılınmasını tövsiyə edib.

XS
SM
MD
LG