Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 06:25

-

Birləşmiş Ştatlar və Rusiya diplomatları Suriyayla bağlı atəşkəs razılaşmasını əldə edə bilməyiblər. ABŞ Dövlət Departamentinin yüksək çinli rəsmisi sentyabrın 5-də deyib ki, ABŞ Dövlət katibi John Kerry və Rusiya Xarici işlər naziri Sergei Lavrov-un Çində G20 sammiti çərçivəsindəki danışıqları nəticəsiz bitib.

Kerry və Lavrov bir neçə həftə idi danışıqlar aparırdılar, Suriyada İslam Dövləti qruplaşması və digər ekstremistlərlə mübarizədə ABŞ-Rusiya hərbi əməkdaşlığını gücləndirilməsinə çalışırdılar.

Mümkün sazişə Suriyanın mühasirədə olan ərazilərinə yardımın çatdırılması, eləcə də Suriya Prezidenti Bashar Assad hökumətinin, ABŞ-ın dəstəklədiyi üsyançıların nəzarətində olan əraziləri bombalamasını əmgəlləmək salınacaqdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG