Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

Azərbaycan yığması qələbə ilə başladı


Azərbaycan millisi
Azərbaycan millisi

Sentyabrın 4-də Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

Görüş Serravalle şəhərindəki «San Marino» stadionunda baş tutub.

Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Ruslan Qurbanov vurub.

Azərbaycan yığması C qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.

«QIRMIZI VƏRƏQƏ BİZİ ÇƏTİN VƏZİYYƏTƏ SALDI»

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytı xəbər verir ki, görüşdən sonra San Marino millisinin baş məşqçisi Pierangelo Manzaroli deyib ki, Azərbaycan millisi layiqli qələbə qazandı:

«Biz də pis oynamadıq. Amma fiziki hazırlığımız yetərli səviyyədə deyil. İkinci hissəyə bir qədər yaxşı başladıq. Qırmızı vərəqə bizi çətin vəziyyətə saldı. Bu səbəbdən də seçmə mərhələyə uğurlu nəticə ilə başlaya bilmədik».

«ƏSAS ODUR Kİ, QƏLƏBƏ QAZANDIQ»

Azərbaycan millisinin baş məşqçisi Robert Prosinečki də deyib ki, Azərbaycan rəqibdən üstün idi: «Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüf ki, qol imkanlarından kifayət qədər istifadə edə bilmədik. Çətin vəziyyətdə Ruslan Qurbanov qol vurdu, amma asan epizodlarda nəticə hasil olmadı. Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qələbə qazandıq və seçmə mərhələyə 3 xalla başladıq. Diqqəti artıq qarşıdakı çətin oyuna yönəltmək lazımdır».

XS
SM
MD
LG