Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:21

Su ilə oynayan gəncləri polis saxladı (VİDEO)


Su ilə oynayan gəncləri polis saxladı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Bu videonu AzadlıqRadiosunun MobilReportyor rublikasına göndərən izləyicimiz yazır ki, polis heç bir ciddi səbəb olmadan onları saxlayıb. Beləki, avqustun 31-də adının çəkilməsini istəməyən gənc öz dostları ilə Dağüstü parkın ərazisində plastik butulkaların qapaqlarında deşik açıb, bir birlərini sulayaraq əylənirlərmiş.

Əraziyə gələn post patrul xidmətinin əməkdaşları heç bir xəbərdarlıq etmədən həmin gəncləri polis maşınına mindirib, bölməyə aparıb. 2 saat bölmədə saxlanandan sonra gənclər sərbəst buraxılıblar.

Polis həmin gəncləri niyə saxladıqları barədə hər hansı məlumat açıqlamayıb.

Saxlanmamışdan əvvəl gənclər belə əylənirdilər.

Səndə də maraqlı foto və video varsa AzadlıqRadiosunun Mobil Reportyor bölümünə göndər.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

XS
SM
MD
LG