Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:07

Baş Prokurorluğa imtahan verənlərin nəticəsi açıqlandı


Baş Prokurorluq

Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin ikinci yazılı imtahan mərhələsinə yekun vurulub. Xəbəri Baş Prokurorluq yayıb.

Bildirilir ki, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında yerləşdirilib. Müsabiqənin ikinci mərhələsində uğur qazanan 125 namizəd avqustun 29-da Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək.

Dövlət qulluğunda işə qəbul üçün müraciət edənlərin bəzisi şikayətlənir ki, yazılı imtahanlardan uğurla keçsələr də, müsahibə zamanı əngəllə üzləşirlər.

Müsahibə zamanı namizədlərdən tələb olunan kriteriyalar ictimaiyyətə açıqlanmır.

XS
SM
MD
LG