İtaliya zəlzələ nəticəsində həlak olanların xatirəsinə matəm günü keçirir.
Avqustun 24-də 6.2 gücündə baş vermiş zəlzələ zamanı 281 adam ölmüş, 400-ə yaxın adam yaralanmışdı.
İtaliyanın baş naziri Matteo Renzi avqustun 27-də yeraltı təkanların dağıtdığı şəhərlərdən biri olan Arkuata-del-Trontoda həlak olanların dəfn mərasiminə qatılacaq.
Romanın şimal-şərqində yerləşən Akkumoli, Amatriçe, Rosta və Arkuata-del-Tronto şəhərlərində ciddi dağıntılar törədib.
Güman edilir ki, dağıntılar altında hələ çox adam qalıb. Onların arasında bu tarixi regiona səfər edən turistlərin də olduğu təxmin edilir.