Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:00

'Moskvanın kürdlərə yanaşması dəyişə bilər'


Suriyanın Cerablus şəhəri "İslam Dövləti" yaraqlılarından alındı
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Suriyanın Cerablus şəhəri "İslam Dövləti" yaraqlılarından alındı

«The New York Times» qəzeti yazır ki, Türkiyə ordusunun Suriyaya girməsi Vaşinqtonun xarici siyasətində mürəkkəbliyin artdığını göstərir.

«Hücumun məqsədinin «İslam Dövləti» yaraqlılarını son məkanlarının daha birindən çıxarmaq, onların Suriya-Türkiyə sərhədindəki təchizat xətlərini kəsmək olduğu deyilir. Bu niyyət Amerikanın maraqlarına uyğun olsa da, xeyli çətinlik də yaradır», - qəzet redaksiya məqaləsində yazır.

Belə ki, Türkiyənin əsas prioriteti kürdlərin sərhədi boyunca möhkəmlənməsini əngəlləmək, Suriya kürdlərini Cerablus şəhərinə girməyə qoymamaq idi, buna da nail oldu. Nəzərə alaq ki, kürdlər amerikanın Suriyada ən etibarlı müttəfiqləridir.

OBAMA ADMİNİSTRASİYASI DÜZ EDİR, AMMA...

Qəzet Türkiyə-Amerika münasibətlərini gərginləşdirən amilin təkcə Suriyadakı hədəflər olmadığını vurğulayır. Prezident Recep Tayyip Erdoğan-ın artan avtoritarlığı da Vaşinqtonu rahatsız etməkdədir. Türkiyə 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan Fethullah Gülen-i suçlayır və onun ekstradisiyasını istəyir. Vaşinqtonun bu tələbə ləng cavab verməsi Türkiyədə Amerikaya qarşı əhvalı gücləndirib.

Qəzet yazır ki, bütün bu maraqların toqquşduğu bir məqamda Obama administrasiyası haqlı olaraq İŞİD-lə mübarizəyə fokuslanır və Türkiyəylə əlaqələri daha da pisləşməyə qoymur. Elə vitse-prezident Joe Biden-in Ankaraya səfərinin məqsədi də yumşaqlıq yaratmaq idi.

Buna da bax-ABŞ kürdlərə əmr etdi: Fərat çayını keçməyin!

«Biden Türkiyə hökumətinin son təzyiqləri barədə açıq şəkildə heç nə demədi… Çoxları istərdi ki, o, Amerika rəsmilərinin düşündüyünü dilə gətirsin: Erdoğan-ın çevriliş cəhdindən sonra etdikləri müxalifəti susdurmaq cəhdinə oxşayır, ABŞ-ın bu cəhdin arxasında dayanması barədə fikirlərin yayılması əngəllənmir, Gülen-in ekstradisiyasından ötrü yetərincə dəlil yoxdur və sairə… Obama administrasiya haqlı olaraq Türkiyəylə münasibətləri pisləşməyə qoymur. Türkiyə NATO-nun vacib müttəfiqidir. Vaşinqton Türkiyəylə alyansa necə önəm verdiyini açıq bildirir. Amma Erdoğan-ın insan haqlarını pozması və ya siyasi rəqiblərini boğmasından ötrü əlinə kart da verməməlidir», - «The New York Times» yazır.

SONU GÖRÜNMƏYƏN BATAQLIQ

«The Guardian» qəzeti isə redaksiya məqaləsində vurğulayır ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsinin regiondakı çoxsaylı müharibələrə son qoyacağını proqnozlaşdırmaq çətindir. Yaxın Şərqdə onsuz da mürəkkəbləşmiş proseslər daha da pisləşə bilər.

Türkiyənin əsas məqsədi kürdlərin ərazi ambisiyalarını daraltmaqdır və faktiki olaraq, ABŞ-ın dəstəyi ilə Suriyada qüvvə yerləşdirir.

Qəzet vurğulayır ki, Suriya kürdləri Hələbin mühasirəsində də az rol oynamayıblar və YPG kürd qruplaşması Suriya müxalifətinə Assad rejimindən az problem yaratmır.

İndi isə Türkiyənin irəliləməsiylə kürd qruplarına təzyiq artmış olur. Axı Türkiyə Rusiyayla da münasibətləri düzəldir. Artıq Moskva da ABŞ-la əməkdaşlıq edən kürd qruplaşmalara şübhəylə baxa bilər. Əslində, Moskva Türkiyənin Suriyaya girməsinə etiraz edərkən məqsədi kürdləri qorumaq deyildi, Suriya bataqlığında üstün mövqeyini saxlamaq idi.

Qəzet vurğulayır ki, Suriyada çoxsaylı müharibələr gedir və vahid məqsədlərdən danışan oyunçuların öz hədəfləri var. Türkiyə anti-İŞİD koalisiyasına qoşulsa da, kürdlərin qarşısını kəsmək istəyir. Rusiya guya İŞİD-lə savaşır, amma daha çox Assad rejimini qoruyur. ABŞ Suriya kürdlərini İŞİD-ə qarşı döyüşə cəlb edir, ancaq kürdlərin hədəfi muxtar region yaratmaqdır. Assad-a qarşı çıxan üsyançılar diktaturadan yaxa qurtarmaq istəyirlər, amma getdikcə daha çox radikal islamçı qruplarla birləşirlər, çünki başqa variantları qalmır… Türkiyə bu çoxtərəfli müharibədə tankları ilə daha bir gediş etdi. Bu müharibənin sonu görünmür…

XS
SM
MD
LG