Tacikistanda həbsdə olan müxalifətçinin həyat yoldaşı və oğlu yoxa çıxıb, məlumatı qohumları verib.
Muhammadali Hayit-in qohumları avqustun 23-də AzadlıqRadiosuna deyiblər ki, bir gün öncə mülkigeyimlilər müxalifətçinin həyat yoldaşı Savriniso Juraeva və onun 17 yaşlı oğlu Firuz-u Düşənbədəki evindən aparıblar.
Qohumların deməsinə görə, onların yeri bilinmir. Dövlət Milli Təhlükəsizlik Xidmətinin rəsmiləri bilgi verəcəklərini desələr də, hələlik informasiyadan qaçırlar.
Hiyat qadağan olunmuş Tacikistan İslam Renessans Partiyasının sədr müavinidir. O və digər müavin Saidumar Husaini-yə iyunda ömürlük həbs kəsilib. Onlar hakimiyyəti ələ keçirməkdən ötrü silahlı çevriliş planlaşdırmaqda təqsirli biliniblər.
Partiyanın mühacirətdə yaşayan lideri Muhiddin Kabiri ittihamları rədd edib.