Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:08

Füzuli və Cəbrayılın işğalından 23 il keçir


Qarabağda döyüşlər. Arxiv
Qarabağda döyüşlər. Arxiv

Avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını Ermənistan Silahlı Qüvvələrinin işğal etməsinin 23 ili tamam olur.

1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub. Rayonun ümumi sahəsi 1386 kv.km-dir.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunan ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 mindən çox məcburi köçkün məskunlaşdığı bildirilir.

CƏBRAYILIN İŞĞALI

Avqustun 23-ü həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 1050 kv.km ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərə yaxın adamın həlak olduğu, 91 nəfərin itkin düşdüyü, 177 nəfərin də əlil olduğu bildirilir.

Ümumilikdə Azərbaycan torpaqlarının 20 faizi ərazisi işğal altındadır.

Füzuli və Cəbrayıl işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən 2 ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Üstəlik o, prezident səlahiyyətlərini icra edirdi. Polkovnik Sürət Hüseynov isə Heydər Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Füzuli və Cəbrayıldan başqa, Dağlıq Qarabağ və ona bitişik daha 5 rayon işğal edilib.

XS
SM
MD
LG