Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 19:25

"Maribor" - "Qəbələ" oyununun da hakimləri bəlli oldu


Foto arxiv

Futbol üzrə Avropa Liqası "pley-off" mərhələsində keçiriləcək "Maribor" - "Qəbələ" görüşünün hakimləri bəlli oldu.

UEFA-nın məlumatına görə, oyunu Viktor Kassayın başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Ona Györgi Ring və Vensel Töt köməklik edəcək. Dördüncü hakim isə Tamas Boqnar olacaq.

"Maribor" - "Qəbələ" oyunu avqustun 25-i Bakı vaxtı ilə saat 21:00-daq başlayacaq.

Qeyd edək ki, “Qəbələ” Bakıda keçirilən ilk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Cütün qalibi qrup mərhələsinə keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG