Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Türkiyənin Futbol Federasiyasından Hakan Şükür barədə qərar


Hakan Şükür

Türkiyənin Futbol Federasiyası millinin keçmiş futbolçusu Hakan Şükürün şəkilinin Futbolçular Muzeyindən çıxarılması barədə qərar qəbul edib. “Hürriyyət” qəzetinin məlumatına görə, artıq onun şəkli millidə oynamış oyunçuların yer aldığı Futbolçular Muzeyindən çıxarılıb.

“Qalatasaray” klubu da bundan əvvəl Hakan Şükürün şəklini millidə oynamış futbolçularının sırasından çıxarıb.

Qeyd edək ki, Türkiyə məhkəməsi Hakan Şükürü "FETÖ terror təşkilatına maliyyə yardımı göstərməkdə təqsirli bilərək onun və atasının barəsində həbs-qəti imkan tədbiri seçib.

Hakan Şükür hazırda ABŞ-da yaşadığından onu həbs etmək mümkün olmayıb.

Atası isə Türkiyədə tutularaq istintaqa təhvil verilib.

Türkiyə hakimiyyəti 15 iyul uğursuz qiyam cəhdinə görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir və onun verilməsini istəyir.

XS
SM
MD
LG