Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:49

Avtomobil idxalı 7 dəfə azalıb


Arxiv fotosu
Arxiv fotosu

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 2 min 879 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 16 min 597 ədəd (6,76 dəfə) azalıb.

Ölkəyə gətirilən avtomobillərin 44-ü mikroavtobus, 2 475-i minik avtomobilləri, 300-ü yük maşını, 60-ı isə xüsusi təyinatlı nəqliyyat vasitələridir.

XS
SM
MD
LG