Avqustun 14-də Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu nümayəndə heyəti ilə birgə Azərbaycana işgüzar səfər etməlidir.
Bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. Səfərin avqustun 15-dək davam edəcəyi qeyd edilib. Ancaq nazirliyin mətbuat xidməti, hələlik, səfərin məqsədlərinə dair heç nə demir.
Buna da bax: Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi
Elə iki gün əvvəl, avqustun 12-də də Azərbaycan Müdafiə naziri Zakir Həsənov Rusiya paytaxtı Moskvaya getmişdi.
Z. Həsənov avqustun 13-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının təntənəli bağlanış mərasimində iştirak etmişdi.
İyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının "Tank biatlonu" və "Xəzər kuboku" müsabiqələrində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak etmişdilər.
Buna da bax: