Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Batumidə azərbaycanlı turistlərin başına gələnlər


►“Pasportlarımızı da konsulluğun köməkliyi ilə geri ala bildik. Yoxsa Gürcüstanda ilişib qalmışdıq. Ordan-burdan öyrəndik ki, pullarımızı kazinoda uduzublar”

“Biabırçılıq oldu. Guya istirahətə getdik, həyəcan, əsəb… Mən uzun illərdir hər yay mövsümündə turist kimi başqa ölkələrə səyahət edirəm. Ancaq hələ başıma belə iş gəlməmişdi”.

“PULLARIMIZI KAZİNODA UDUZUBLAR”

Şahin adlı dinləyici AzadlıqRadiosuna danışır ki, yerli turizm şirkətlərinin xətti ilə Qara dənizin sahillərinə – Batumiyə ailəvi istirahətə yollanıb. İstirahətin sonuna yaxın o və təqribən 50 turist problemlə üzləşib.

*Youtube Kanalımıza 81 min abunə var -Hər gün yeni videolar izləyirlər. Sən də abunə ol və izlə

Belə ki, istirahət müddəti başa çatsa da, xarici pasportları özlərində yox, bələdçilərdə olduğundan geri qayıda bilməyiblər. Belə ki, otel, avtobus pulunu yığıb bələdçilərə versələr də, ödənişlər olunmayıb:

“Bizə konsulluq kömək elədi. Pasportlarımızı da konsulluğun köməkliyi ilə geri ala bildik. Yoxsa Gürcüstanda ilişib qalmışdıq. Ordan-burdan öyrəndik ki, pullarımızı kazinoda uduzublar”.

Buna da bax: Turizm sahəsi düzəlir?

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov virtualaz.org saytına azərbaycanlı turistləri Batumidə aldadan turizm şirkətlərinin adını açıqlayıb. Turistlərin özlərinin dediyinə görə, bunlar “Art Travel”, “Ray Travel”və “East Gate Travel” olub.

“İNANA BİLMİRİK”

“East Gate Travel” turizm agentliyindən virtualaz.org saytına bildiriblər ki, belə bir hadisə onları da pis vəziyyətdə qoyub:

“Hadisədən dünən xəbər tutmuşuq, inana bilmirik. Əvvəl “Ray Travel” şirkəti ilə əməkdaşlıq etmişik. Turla bağlı bizə müraciət olunanda “Ray Travel”ə yönəldirdik. Bizim orada cəmi 5 turistimiz olub. Turistlərin pulları “Ray Travel” şirkətinin əməkdaşları Ülvi və Hüseyn adlı şəxslərə verilib”.

“East Gate Travel”in əməkdaşı dünəndən (avqustun 11-dən) ardıcıl olaraq “Ray Travel” ilə əlaqə saxlamağa çalışdıqlarını, amma telefonlara cavab verilmədiyini bildirib.

Buna da bax: Azərbaycan turistlərə pul qaytarır

“CƏZALARINI ÇƏKƏCƏKLƏR”

AzadlıqRadiosunun əməkdaşı “Ray Travel” şirkətiylə “WhatsApp” nömrəsiylə əlaqə saxlayıb:

– AzadlıqRadiosuna sizin şirkətin xətti ilə Batumiyə gedən turistlər müraciət edib. Onlar iddia edirlər ki, sizin bələdçiləriniz onlardan yığdıqları pulları kazinoda uduzublar.

– Xeyr, düz söz deyil, elə şey olmayıb. Hamı Bakıya qayıdıb.

– Nə vaxt qayıdıblar? Bələdçilərlə bağlı hansı tədbir görülüb?

– Bütün bələdçilər öz cəzalarını çəkəcəklər. Hər biri cəzalanacaq.

– Hüquq-mühafizə orqanlarına müraciət olunubmu? Bir də, turistlər nə vaxt qayıdıblar?

– Olar mən sizə bir azdan yazım?

“YAZILANLARIN ƏSASI YOXDUR”

Az sonra şirkətin əməkdaşı yazır:

– Birmənalı şəkildə yazılanların heç bir əsası yoxdur. Kiçik biznes problemi yaranıb, o da həll olunub, turistlər gəldikləri avtobusla geri qayıdıb.

– Ancaq konsulluq deyir ki, problemi onlar həll ediblər, siz yox...

Şirkət əməkdaşı sonuncu sualı cavabsız buraxıb.

“Trend.az” yazır ki, bələdçilər tərəfindən aldadıldıqlarını görən turistlər onlar barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.

XS
SM
MD
LG