Avqustun 7-də Ukraynadan Krıma gediş-gəliş dayandırılıb. Hər iki tərəfdən insanların və avtomobillərin buraxılışına imkan verilmir. Ukrayna sərhəd xidmətinin məlumatına görə, Kalançak, Çaplinka və Çonqar buraxılış məntəqələrinin işi dayandırılıb. Qurum bu addımın Rusiya tərəfindən atıldığını, səbəblər göstərilmədiyini bildirir.
Rusiya Krımı 2014-cü ilin martında ilhaq edilib. Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumun legitimliyini əksər dövlətlər tanımır. Qərb və ABŞ Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa dəvət edib.