Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

İlham Əliyev Həsən Ruhani ilə görüşüb


İlham Əliyev Həsən Ruhani ilə görüşüb, 7 avqust, 2016
İlham Əliyev Həsən Ruhani ilə görüşüb, 7 avqust, 2016

Avqustun 7-də Azərbaycan dövlət başçısı İlham Əliyevin İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə təkbətək görüşü olub.

Bu barədə AZƏRTAC xəbər verir. Ancaq, hələlik, görüşdə müzakirə edilən məsələlər açıqlanmayıb.

Həsən Ruhani avqustun 7-də Azərbaycana gəlib.

Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana gəlişi gözlənilir.

Avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Bundan başqa prezidentlərin ayrı-ayrılıqda bir-birləri ilə də görüşü gözlənilir.

XS
SM
MD
LG