Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:05

Türkiyədə 50-dək jurnalist həbs edilib


Erdoğan rəqəmlər açıqlayır: 1000-ə yaxın məktəb bağlanıb...
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Erdoğan rəqəmlər açıqlayır: 1000-ə yaxın məktəb bağlanıb...

Türkiyə hakimiyyəti son həftələrdə 50-yə yaxın jurnalisti həbs edib, təxminən 300 KİV əməkdaşının press-kartını əlindən alıb.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat verib.

Türkiyə hakimiyyəti bütünlükdə 80-dən çox mətbuat işçisinin həbsinə order verib. Türkiyə hakimiyyəti əmindir ki, saxlanan media işçiləri Fethullah Gülen hərəkatı ilə bağlıdırlar. Ölkə rəhbərliyi Gülen-i iyulun 15-də baş tutmayan hərbi çevrilişi hazırlamaqda günahlandırır.

İyulun 20-də İstanbul məhkəməsi 17 jurnalisti terrorçuluqda ittiham edib.

Fövqəladə vəziyyət elan ediləndən sonra Türkiyədə 100-dən çox media orqanı (qəzet, radio və televiziya) bağlanıb.

İyulun 16-dan sonra 18 min adam saxlanıb, onlardan 10 mini həbs edilib, minlərlə dövlət işçisi vəzifəsindən uzaqlaşdırılıb.

XS
SM
MD
LG