Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:51

Atəşkəslə bağlı 29 iyul açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 24 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Kəmərli kəndlərindəki mövqeləri atəşə tutulub.
Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndlərinin də vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Xocavənd, Göygöl, Goranboy və Cəbrayıl rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG