Keçid linkləri

2017, 15 Dekabr, Cümə, Bakı vaxtı 10:08

Münchendə ölənlər arasında 3 türk də var


Münchendə silahlı hücümdan sonra. Karton kağız üzərində almanca «Niyə» sözləri yazılıb, 23 iyul, 2016

İyulun 24-də Münchendə silahlı hücum nəticəsində həyatını itirənlərin xatirəsi anılır.

Şəhər sakinləri hadisənin baş verdiyi ticarət mərkəzinin qarşısına güllər düzür.

Silahlı hücum iyulun 23-də baş vermişdi. Hücumu İran əsilli Almaniya vətəndaşı törətmişdi. Adamları güllələyəndən sonra o özünü də öldürmüşdü.

Buna da bax: München qətliamını bir nəfər törədib [videolar]

Silahlı hücum nəticəsində ölənlər arasında üç türk, üç alban, bir yunan da var. Qurbanlardan 7-inin yaşı 20-dən azdır.

Hadisədən sonra Almaniyadakı bütün dövlət binalarında bayraqlar endirilib. Bavariya əyalətində bir çox əyləncəli tədbirlər təxirə salınıb.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG