Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 16:29

Şimali Koreyaya İsveçrə saatı qadağan olunub


İsveçrə saatı (arxiv fotosu)

İsveçrə hökuməti Şimali Koreyaya saat ixracını dayandırıb.

Şimali Koreya lideri Kim Jong dəyəri yüz min dollarla ölçülən İsveçrə saatlarına olan həvəsi ilə tanınır.

Bundan əvvəl BMT nüvə və ballistik raket proqramı səbəbi ilə Şimali Koreyaya qiymətli məhsulların satışını qadağan eləmişdi.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

Kim Jong özü İsveçrədə təhsil alıb.

Cənubi Koreyada çıxan Joong Ang Daily qəzeti yazır ki, İsveçrə Saat İstehsalçıları Federasiyası Şimali Koreyaya saat ixracının tamamilə dayandırıldığını təsdiqləyib.

Özünə və hədiyyə olaraq hakim partiya üzvlərinə İsveçrə saatı aldığı bildirilən Kim Jong-un 2012-ci ildə bir saata 220 min dollar ödədiyi iddia olunurdu.

XS
SM
MD
LG