Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Dekabr, çərşənbə, Bakı vaxtı 14:29

'Münhen atıcısı'nın İŞİD-lə bağlılığına aid sübut yoxdur


Münhendə həlak olan 9 nəfərdən 3-ü türkdür
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Münhendə həlak olan 9 nəfərdən 3-ü türkdür

Münhendə 9 nəfərin ölməsi, 16 nəfərin yaralanması ilə nəticələn hadisəni «İslam Dövlət» qruplaşmasının (İŞİD) törətdiyinə dair, hələlik, sübutlar yoxdur.

Bavariyanın polis müdiri Hubertus Andra deyib ki, hadisəni törədən 18 yaşlı gəncin İŞİD-lə hər hansı əlaqəsinə rast gəlinməyib.

Polis müdiri bildirib ki, hücumu törədən şəxsin kompüterindən zorakılıq, qətllərlə bağlı məqalələr, çantasından çoxlu güllələr tapılıb.

18 yaşlı gənc adamları 9 mm-lik «Glock» markalı silahla qətlə yetirib. Daha sonra özünü başından vuraraq intihar edib.

XS
SM
MD
LG