Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:16

Gürcü filmi nüfuzlu festivalın baş mükafatını qazanıb


Rusudan Glurjidzenin çəkdiyi "Başqalarının evi" filmindən bir kadr.
Rusudan Glurjidzenin çəkdiyi "Başqalarının evi" filmindən bir kadr.

-

Gürcü filmi Karlovı Varı film festivalının "Qrand-pri" mükafatını qazanıb

Gürcü rejissoru Rusudan Glurjidzenin çəkdiyi "Başqalarının evi" filmi Çexiyanın Karlovı Varı şəhərində keçirilmiş 51-ci Film Festivalının ən yüksək mükafatını qazanıb.

Gürcü rejissoru Rusudan Glurjidze Karlovı Varı film festivalında.
Gürcü rejissoru Rusudan Glurjidze Karlovı Varı film festivalında.

Filmdə Gürcüstanın 1990-cı illərindəki qaranlıq dönəmindən, Sovet İttifaqının dağılması zamanı Abxaziyanın paytaxtında baş vermiş vətəndaş müharibəsi haqda rejissorum öz gördükləri və yaşantıları əks olunub.

Rejissor Glurjidze "Georgiatoday"a deyib ki: "Biz 1990-ların nəsliyik və iki müharibə yaşamışıq - bu bizim bioqrafiyamızdır. Beləliklə də elə film çəkməyə çalışdıq ki, içimizdə baş verən, bizə azadlıq bəxş etmiş, sevgi, dostluq və azadlıqla bağlı yaşantılarımızı əks etdirsinin".

Karlovı Vari Beynəlxalq film festivalı dünyaca məşhur festivallardan biridir və hər il Çexiyanın həyatından mühüm hadisə kimi qeyd olunur. Bu festivalda hər il Mərkəzi və Şərqi Avropadan yüzlərlə film nümayiş olunur.

Xatırladaq ki, bundan iki il öncə başqa gürcü rejissoru George Ovashvilinin "Qarğıdalı adası" filmi Karlovı Varı Film Festivalının baş mükafatlarından biri "Kristal qlobus"u qazanıb.

XS
SM
MD
LG