Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:26

Bakıda ağır yol qəzası


Ambulans (arxiv fotosu)
Ambulans (arxiv fotosu)

İyulun 17-də Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, metronun «Koroğlu» stansiyası və Bilgəh qəsəbəsi arasında işləyən 171 saylı marşrut avtobus yük maşını ilə toqquşub. Avtobus aşıb, yük maşını yoldan çıxıb. Daha sonra «VAZ-2107» markalı avtomobil aşan avtobusa çırpılıb.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Hadisə nəticəsində 21 nəfər yaralanıb. Onlar Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstələrin bir neçəsinin vəziyyəti ağırdır.

XS
SM
MD
LG