İyulun 14-də Bakıya rəsmi səfərə gələn Ukrayna prezidenti Petro Poroshenko ilə İlham Əliyev arasında təkbətək görüş olub.
İlham Əliyev Petro Poroshenko-nun Azərbaycana səfərinin önəmli olduğunu bildirib. Bildirib ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var. Hər ikixalq arasında daim dostluq münasibətləri hökm sürüb.
Xəbəri AZƏRTAC yayıb.
Prezidentlərin görüşündə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.
Bu, Ukrayna prezidenti Petro Poroshenko-nun Azərbaycana ilk səfəridir.