Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 01:37

Rusiya Türkiyəyə çarter reysləri bərpa edir


Antalya, arxiv fotosu

-

Türkiyəyə çarter reyslər tezliklə bərpa olunacaq. Bunu Rusiyanın nəqliyyat naziri Maxim Sokolov iyulun 11-də jurnalistlərə deyib.

Türkiyə rusiyalıların sevimli istirahət məkanlarından biridir.

Rusiya baş naziri Dmitry Medvedev iyulun 8-də Nəqliyyat Nazirliyinə və digər agentliklərə göstəriş verib ki, Rusiyayla Türkiyə arasında uçuşların bərpasından ötrü təkliflər hazırlasınlar. “Nəqliyyat təhlükəsizliyinin təminatı və yüksək terror təhlükəsi olan yerlərə uçuşların istisna edilməsinə xüsusi diqqət ayrılması” tapşırılıb.

Rusiya ötən il çarter reyslərini bağlayıb və Ankaraya digər sanksiyalar da qoyub. Səbəb Türkiyənin Suriya ilə sərhədində Rusiya təyyarəsini vurması olub.

Ötən ayın sonunda Türkiyə Prezidenti Recep Tayyip Erdogan hadisəyə görə təəssüfünü bildirəndən sonra buzlar əriməyə başlayıb.

XS
SM
MD
LG