Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:15

Kerry Dağlıq Qarabağı müzakirə edəcək


Sergei Lavrov (solda) və John Kerry, arxiv fotosu
Sergei Lavrov (solda) və John Kerry, arxiv fotosu

-

ABŞ Dövlət katibi John Kerry bu həftə Moskvaya səfər edərək “yüksək çinli rəsmilər”lə görüşəcək və Suriya, Ukrayna, eləcə də Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Məlumatı iyulun 11-də ABŞ Dövlət Departamenti yayıb. Bildirilir ki, Kerry Rusiya paytaxtına iyulun 14-15-də səfər edəcək, oraya Fransada Bastiliya Günü tədbirlərindən sonra gedəcək.

Rusiya Xarici İşlər Nazirliyi də Kerry-nin rusiyalı həmkarı Sergei Lavrov-la görüşəcəyini təsdiqləyib. Nazirlik bildirir ki, Moskva Kerry-nin səfərinin Rusiyayla ABŞ arasında münasibətlərin yaxşılaşdıracaq mühit yaradacağına ümid edir.

Nazirliyin açıqlamasına görə, “qlobal sabitlik və bir sıra beynəlxalq böhranların həlli” Moskvayla Vaşinqtonun yaxşı münasibətlərindən asılıdır.

XS
SM
MD
LG