-
Britaniyanın daxili işlər naziri Theresa May iyulun 13-də Britaniyanın növbəti baş naziri olacaq. İyulun 11-də onun Mühafizəkarlar partiyasındakı sonuncu rəqibi Andrea Leadsom seçki prosesindən çıxmalı olub.
59 yaşlı May bu postda David Cameron-u əvəzləyəcək. Cameron iyulun 12-də sonuncu dəfə kabinetin iclasına sədrlik edəcək və iyulun 13-də parlament üzvlərinin suallarına cavab verəcək. Daha sonra istefasını Kraliça Yelizavetaya təqdim edəcək.
Britaniyalılar iyunun 23-də Avropa Birliyindən çıxmağa (“Brexit”) səs veriblər. May də AB-də qalmaq tərəfdarıydı, amma referendumun nəticələrindən geri çəkilməyəciyini bildirir.
May iyulun 11-də deyib ki, “Brexit”in uğurlu olmasına çalışacaq.
Amma May onu da bildirib ki, Britaniyaya danışıqlar strategiyasını hazırlamağa vaxt lazımdır və o, bu ilin sonunadək rəsmi tərketmə proseduruna başlamayacaq.