Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Özbək fəalın cəzasına yenidən baxırlar


Azimzhan Askarov
Azimzhan Askarov

Qırğızıstan Ali Məhkəməsi tanınmış etnik özbək fəal Azimzhan Askarov-un cəzasına yenidən baxmağa başlayıb. O, etnik nifrəti qızışdırmaqda təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

İş üzrə dinləmə iyulun 11-də başlanıb. Məhkəmə zalı jurnalistlər və beynəlxalq qurumların təmsilçiləriylə dolub.

Beynəlxalq ictimaiyyət Askarov-u buraxmağa çağırır. Bu arada ötən ay Ali Məhkəmə bildirib ki, 2011-ci ilin dekabrında çıxardığı qərara «iş üzrə yeni şərait yarandığından» yenidən baxılır.

Özbək əsilli qırğızıstanlı Askarov 2010-cu ildə Qırğızıstanın cənubunda etnik özbəklərlə qırğızlar arasında toqquşmalara kömək göstərməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib. O, həmçinin həmin toqquşmalar zamanı bir polis əməkdaşının öldürülməsində də təqsirli bilinib.

BMT də Askarov-un buraxılmasına çağırır, ona qarşı ittihamların siyasi motivli olduğunu deyir. «Amnesty International» onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG