Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

«Şərq Tərəfdaşlığı» Kiyevə toplaşır


Kiyev
Kiyev

Avropa Birliyi «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində iştirakçı ölkələrin xarici işlər nazirlərinin VII qeyri-rəsmi görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Görüş iyulun 11-12-də Kiyevdə keçiriləcək.

Avropa Birliyi «Şərq Tərəfdaşlığı» proqramında Azərbaycanla yanaşı, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistan iştirak edir.

Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə çoxtərəfli əməkdaşlıqla bağlı Assosiativ Üzvlük Sazişini imzalayıblar. Azərbaycan 2014-cü ildə bu sənədi imzalamaqdan imtina edib.

Rəsmi Bakı bunu Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığa üstünlük verməsi və daha yüksək strateji əməkdaşlıq sazişi imzalamaq istəyi ilə izah edir. Amma ekspertlərin çoxu bu addımı Azərbaycanın avroatlantik məkana inteqrasiyadan yayınması kimi dəyərləndirirlər.

XS
SM
MD
LG