Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:26

«Rusiya ilə həmişəki münasibətlərdən söhbət gedə bilməz»


Barack Obama, Varşavada NATO konfransında. 9 iyul, 2016
Barack Obama, Varşavada NATO konfransında. 9 iyul, 2016

NATO sammitinə qatılmış ABŞ prezidenti Barack Obama deyib ki, Rusiya Ukrayna ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməyinə qədər həmişəki münasibətlərdən söhbət gedə bilməz.

Varşavada keçirdiyi mətbuat konfransında Barack Obama deyib ki, Rusiyanın aqressiyası NATO-nu təhlükəsizlik, humanitar və siyasi problemlərlə üzləşdirib.

ABŞ prezidenti bildirib ki, Avropanın təhlükəsizliyi və müdafiəsi təhdid qarşısındadır.

NATO-nun sammiti iyulun 9-da yekunlaşıb.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçılara hərbi və texniki dəstək verməkdə ittiham edir. Rusiyanın Krıma girməsindən sonra ABŞ, Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG