Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:01

Gorbachev NATO-nu ittiham edir


Mikhail Gorbachev
Mikhail Gorbachev

Keçmiş SSRİ lideri Mikhail Gorbachev NATO-nu Rusiyaya qarşı "isti müharibə"yə hazırlaşmaqda ittiham edib. Gorbachev bildirir ki, NATO rəhbərlərinin səsləndirdiyi fikirlər Rusiya ilə NATO-nu qarşıdurmaya sürükləyir.

İnterfax agentliyinin iyulun 9-da yaydığı məlumata görə, Gorbachev deyib ki, NATO "soyuq müharibədən" "isti müharibəyə" keçidə başlayıb.

Gorbachev bunları Varşavada NATO sammitinin son günü deyib. Bu sammitdə NATO Şərqi Avropada böyük qüvvələrin yerləşdirilməsi qəraraını verir və bu da Moskvanın böyük narazılığını doğurur.

NATO bildirir ki, onun hərəkətləri Rusiyanın Krımı ilhaq etməsinə və şərqi Ukraynada separtaçıları dəstəyinə cavabdır.

Gorbachev isə bildirir ki, "NATO rəhbərləri müdafiədən danışırlar, ancaq faktiki olaraq hücum əməliyyatına hazırlaşırlar".

Gorbachev deyir ki, "Varşavada səslənən fikirlər Rusiyaya müharibə elan etməkdir."

NATO isə Rusiya tərəfdən səslənən bu fikirləri həmişə qəti şəkildə rədd edib.

XS
SM
MD
LG