Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

Rouhani-nin səfərinin gündəliyi açıqlanıb


Hassan Rouhani
Hassan Rouhani

İran prezidenti Hassan Rouhani-nin avqustda Azərbaycana gözlənilən səfərinin gündəliyi açıqlanıb. Rouhani-nin Azərbaycanda iki gün olacağı bildirilir.

İran mediasının yazdığına görə, bu səfər Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə iştirak məqsədi daşıyır.

Bu zaman Azərbaycan və İran prezidentlərinin əvvəllər imzaladıqları razılaşmalara diqqət ayıracağı, münasibətlərin daha da inkişafı imkanlarının müzakirə ediləcəyi bildirilir.

Səfərin yekununda üçtərəfli sənədin imzalanacağı vurğulanır. Ancaq sənədin ehtimal olunan məzmunu barədə bilgi verilmir.

Verilən xəbərlərə görə, səfər proqramına Hassan Rouhani-nin İlham Əliyev və Vladimir Putin-lə təkbətək görüşləri də daxildir. Həmçinin, üçtərəfli görüşün də olacağı yazılır.

Bu ilin fevralında prezident İlham Əliyev İranda səfərdə olub. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 11 saziş imzalanıb. Həmin sazişlər dəmiryol, kənd təsərrüfatı, gömrük, səhiyyə, enerji və digər sahələrə dair əməkdaşlığı özündə ehtiva edirdi.

Bir neçə gün əvvəl isə Rusiya prezidentinin mətbuat xidməti Vladimir Putin-in avqust ayında Bakıya səfər edəcəyini açıqlamışdı. Ancaq, hələlik, bu məlumatı Azərbaycan rəsmiləri təsdiqləməyib.

XS
SM
MD
LG