Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:33

Obama Avropaya səfərini yarımçıq kəsməli oldu


Obama polislərin qətlini pislədi
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Obama polislərin qətlini pislədi

ABŞ prezidenti Barack Obama Dallasda polislərin qətlindən sonra Avropaya dördgünlük səfərini yarımçıq kəsib və vətəninə qayıdır.

Barack Obama NATO-nun sammitində iştirak etmək üçün Varşavaya gəlmişdi.

25 yaşlı afroamerikalı Micah Johnson ağdərili adamları görməyə gözü olmadığını bildirib. O, ağdərili 5 polis əməkdaşını qətlə yetirib, bir neçəsini yaralayıb.

Obama olayı kəskin tənqid edib. O, gələn həftə Dallasda merlə görüşəcək və polislərin işi ilə bağlı müzakirələrə qoşulacaq.

İyulun 7-də keçirilən dinc etiraz aksiyası zamanı snayperlə 5 polis öldürülüb, 7 nəfərsə xəsarət alıb.

Polisin məlumatına görə, snayperlər azı iki nəfər olub.

Aksiyaçılar həmin vaxt polisin 2 afroamerikalını güllələməsinə etiraz edirmişlər.

XS
SM
MD
LG