-
Avstraliya Əfqanıstandakı hərbi missiyasının müddətini altı ay uzadıb. Gələn ilin ortasında bitəcək missiyanın müddəti daha da uzadıla bilər.
Avstraliya hökuməti iyulun 8-də bildirib ki, 2020-ci ilədək Əfqan Milli Ordusuna və Milli Polisinə ildə 100 milyon dollarlıq yardımı da saxlayacaq.
İki gün öncə ABŞ Prezidenti Barack Obama elan edib ki, gələn il Əfqanıstanda 8 min 400 Amerika əsgəri qalacaq.
ABŞ-ın müttəfiqi olan Avstraliya Əfqanıstanda əməliyyatlara 2013-cü ildə son qoyub. Amma paytaxt Kabildə 270 Avstraliya əsgəri qalmaqdadır.