Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 23:45

Kerry Kiyevdə rəsmi səfərdədir


Petro Poroshenko və John Kerry

ABŞ Dövlət katibi John Kerry Kiyevdə rəsmi səfərdədir.

Kerry ölkə rəhbərliyi ilə Ukraynanın şərqindəki vəziyyəti, atəşkəs rejiminin durumunu müzakirə etməlidir.

Kerrynin səfəri NATO-nun Varşavada keçiriləcək sammiti ərəfəsinə təsadüf edir.

Bu sammitdə Ukrayna prezidenti Petro Poroshenko da iştirak edəcək.

Ukrayna prezident aparatı rəhbərinin müavini Konstantin Eliseev deyib ki, Kerrinin səfəri zamanı əsasən qlobal və regional təhlükəsizlik, habelə Ukrayna ilə NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.

O bildirib ki, Ukrayna özünün köhnəlmiş silahlarını təkmilləşdirmək üçün ABŞ və digər müttəfiqlərdən əlavə maliyyə yardımı almaq ümidindədir.

Qeyd edək ki, Kerry Ukraynaya Gürcüstandan gedib.

XS
SM
MD
LG