Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 09:51

Türkiyədə vertolyot qəzasında 7 nəfər ölüb


Foto arxiv

Türkiyədə vertolyot qəzasında ölənlərin cəsədləri dünın axşam Qiresun vilayətindəki xəstəxanaya götürülüb.

Hərbi vertolyot dünən Qara dəniz yaxınlığındakı Tohumluq kəndi yaxınlığında qəzaya düşüb.

Nəticədə 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Amma baş nazir Binali Yildırım bildirib ki, qəza çox güman ki, pis hava şəraitinə görə baş verib.

Hakim dairələrin məlumatına görə, vertolyotda olanlar Ramazan bayramını qeyd eləmək üçün qohumlarına baş çıkiblərmiş.

Vertolyot bazaya dönərkən qəzaya düşüb.

Sərnişinlərin arasında briqada generalı və 3 uşaq da olub.

XS
SM
MD
LG