Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:41

'Azərbaycan hərbçisi snayperlə vurulub'


-

İyulun 5-də Azərbaycan hərbi qulluqçusu Vüsal Əmir oğlu Əliyev sinayperdən atılan atəşlə həlak olub.

Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb. Hadisənin saat 12 -30 radələrində baş verdiyi bildirilir.

Nazirlik qeyd edir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq Ermənistan tərəfi dövlət sərhədində növbəti dəfə təxribat törədib.

“Müdafiə Nazirliyi bildirir ki, bu təxribatın nəticələrinə görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”-deyə mətbuat xidmətinin açıqlamasında vurğulanır.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında qeyd edilirdi ki, hər iki prezident münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını bildiriblər.

Ötən ayın 20-də isə Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti Vladimir Putunun iştirakı ilə görüşü keçirilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG