Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 17:35

Putindən KİV-lərlə bağlı qanuna yeni düzəliş


Vladimir Putin

Rusiyada xarici təşkilatların yerli televiziya kanallarının auditoriyasını araşdırması qadağan edilib.

KİV-lər haqqında qanuna müvafiq düzəlişi prezident Vladimir Putin imzalayıb.

Qərar xarici dövlətlər, beynəlxalq təşkilatlar, onların nəzarətində olan şirkətlər, xarici hüquqi şəxslər və xarici kapitalda 20 faizdən çox payı olan rusiyalı hüquqi şəxslərə aiddir.

Qanun həmçinin Rusiya telekanallarını araşdıran təşkilatların “Roskomnadzor” dan akkreditasiya almalarını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG