Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:42

Mərkəzi Bank yenə depozit hərracı keçirir


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirəcək.

AMB-nin yaydığı məlumata görə, bu gün keçiriləcək depozit hərracında 50 milyon manat həcmində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 aydır.

«Bloomberg» ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4.01-6.99 arasında dəyişir.

Bundan öncə, iyunun 13-də keçirilən depozit hərracında AMB 129 milyon manat cəlb edə bilib. Baş bank 150 milyon manat istəyirdi.

Depozit fiziki və hüquqi şəxslərin bankda saxladıqları puldur.

Bu vəsaitlər əmanətçilərə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına uyğun müəyyən gəlir qazandırır.

XS
SM
MD
LG