Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:00

Azərbaycanla bağlı daha 18 iş üzrə qərar


Avropa Birliyi bayrağı fonunda məhkəmə simvolu
Avropa Birliyi bayrağı fonunda məhkəmə simvolu

«Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 18 iş üzrə öz qərarını elan edəcək».

Bunu vəkil Əsabəli Mustafayev özünün Facebook səhifəsində yazıb.

Vəkilin yazdıqlarına görə, Avropa İnsan Hüquqları Məhkəməsindən aldığı məktubda bildirilir ki, onun apardığı daha 18 iş üzrə qərarlar iyulun 21-də elan olunacaq.

«Bu işlərin 15-i qanunsuz həbs və sərbəst toplaşma, 3 iş isə mülkiyyət hüququnun pozulması ilə bağlıdır» - deyə vəkil bildirib.

Əsabəli Mustafayevin deməsinə görə, şikayətçilər arasında Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və keçmiş məhbus Tural Abbaslı da var.

Elə iyunun 30-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətini 230 min avro cərimələmişdi. Cərimələr Azərbaycanla bağlı çıxarılmış 18 qərarda nəzərdə tutulurdu.

Sözügedən 18 işdən 13-də vəkil Əsabəli Mustafayev olmuşdu. Həmin işlərin 13-də sərbəst toplaşmaq, 1-də mülkiyyət hüququnun pozulmasından, 4-də isə seçki pozuntularından bəhs edilirdi.

XS
SM
MD
LG