Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:48

Təbii fəlakət 30-dan çox adamı öldürdü


Pakistanda daşqın (arxiv fotosu)

Pakistan rəsmiləri qəfil daşqın nəticəsində 30 nəfərin öldüyünü bildirirlər. Təbii fəlakət ölkənin şimalında, Əfqanıstanla sərhəddə baş verib. Çitral bölgəsinin meri Maghfirat Shah deyib ki, iyulun 3-də güclü yağış və daşqın məscidi və bir neçə evi yuyub aparıb.

Onun sözlərinə görə, pis hava şəraiti xilasetmə işlərinə mane olur.

Bundan başqa, Xayber-Paxtunxva əyalətində güclü yağış tikinti meydançasındakı iki çinli mühəndisin ölümünə və beş pakistanlı işçinin yaralanmasına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG